USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank əməkdaşları üçün “Sağlamlıq günü” təşkil edilib - FOTOLAR

08.06.2023 Sərfəli Banklar
15 5
Sağlamlığın iş yerində məhsuldarlıq və yaradıcılığa təsiri böyükdür. Bunu anlayan Yelo Bank əməkdaşları üçün mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir. Belə layihələrdən biri də ötən gün Liv Bona Dea Hospitalın birgə təşkilatçılığı ilə keçirildi.

Bankın Baş ofisində peşəkar oftalmoloqun iştirakı ilə əməkdaşlar üçün ödənişsiz göz müayinəsi təşkil edildi. Göz müayinəsindən sonra uzman terapevtlər müasir iş mühitində tez-tez rast gəlinən ümumi sağlamlıq problemlərinə həsr olunmuş maarifləndirici sessiya keçdilər. Terapevtlər bel və boyun ağrıları ilə mübarizə, ofis daxilində edilə biləcək yüngül məşqlər və erqonomikanın əhəmiyyətini vurğulayan bilik və tövsiyələrini bölüşdülər.

Qeyd edək ki, əməkdaşların asudə vaxtlarında voleybol, basketbol, yoqa, futbol və fitneslə məşğul olmaları üçün Yelo Bankın Baş ofis binasında zəruri şərait yaradılıb. Bankın parlaq komandasının bir parçası olmaq istəyirsinizsə, vakansiyalarla tanış olun: https://bit.ly/bank-vakansiya

Cashback kartı haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

  • Əvvəlki

    Banklar adından uduş kampaniyaları barədə saxta reklamlar paylaşılır - FOTO

Digər xəbərlər