USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Respublika”nın mənfəəti 41 faiz artıb

04.08.2023 Sərfəli Banklar
10 0
“Bank Respublika”nın faiz gəliri 25 milyon 993 min manat artaraq 88 milyon 399 min manata, faiz xərcləri isə 11 milyon 391 min manat artaraq 35 milyon 10 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, buna görə də bank 53 milyon 389 min manatlıq xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin 2-ci rübü ilə müqayisədə 14 milyon 602 min manat və ya 37.64 faiz çoxdur.

Bankın qeyri-faiz gəliri 897 min manat artaraq 18 milyon 350 min manata, qeyri-faiz xərcləri isə 8 milyon 116 min manat artaraq 49 milyon 832 min manata çatıb. Bununla da “Bank Respublika”nın əldə etdiyi əməliyyat mənfəəti ötən ilin ilk yarısı ilə müqayisədə 7 milyon 383 min manat və ya 50.83 faiz artaraq 21 milyon 907 min manata bərabərləşib. Əldə olunan əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 153 min manat ayrıldığı üçün bank 21 milyon 753 min manat mənfəət əldə edib. Bu mənfəətdən 4 milyon 165 min manatı vergiyə ayrıldığına görə bankın xalis mənfəəti 17 milyon 587 min manat olub. Bu da ötən ilin analoji dövrü ilə müqyisədə 5 milyon 77 min manat və ya 40.58 faiz çoxdur.

  • Əvvəlki

    iPhone 15 nə zaman çıxacaq?

Digər xəbərlər