USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TuranBank-dan onlayn kredit götürmək SİMA ilə daha rahat.

15.08.2023 Sərfəli Banklar
61 15
Azərbaycanın bank sistemində stabilliyi və etibarlılığı ilə seçilən TuranBank ASC rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atmağa, məsafədən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməyə davam edir.

Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA vasitəsilə artıq TuranBank mobil əlavəsi üzərindən onlayn kredit də əldə etmək mümkündür. Tərəfdaşlığa əsasən müştərilər filiala gəlmədən, bank əməliyyatlarına vaxt itirmədən bir neçə toxunuşla TuranBank mobil tətbiqi üzərindən müvafiq sənədləri SİMA - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə istehlak krediti əldə edə bilərlər. Üstəlik TuranBank-dan krediti onlayn sifariş edən müştərilər kreditin illik faizinə endirim əldə edəcəklər. Həmçinin Bankın yeni müştərisi olacaq şəxslər istehlak krediti alaraq cari hesab aça, kartın çatdırılması xidmətindən istifadə edə və TuranBank-ın daimi müştərisinə çevrilə bilərlər. Qeyd edək ki, Kredit müqavilələrinin SİMA ilə imzalanması müştəriləri kağız sənədlər toplamaq yükündən azad etməklə yanaşı, imzalanmanın vaxt və yer məhdudiyyəti olmadan günün istənilən anı həyata keçirməsini mümkün edir.

Qeyd edək ki, TuranBank mobil əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər Bankın müştərilərinə təqdim etdiyi əmanət, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır. TuranBank mobil əlavəsini qeyd olunan keçidə daxil olaraq yükləyə bilərsiniz: https://www.turanbank.az/en/pages/21/174

Məlumat üçün bildirək ki, ötən ilin may ayından etibarən SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə TuranBank mobil tətbiqi üzərindən onlayn əmanət yerləşdirmək mümkündür. Gələcəkdə digər məhsullardan istifadə üçün “AzInTelecom” və TuranBank tərəfindən bu istiqamətdə birgə iş aparılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi bu innovativ həll vasitəsilə bank xidmətləri ilə yanaşı, elektron imzanın tətbiq olunduğu bütün sahələrdə göstərilən xidmətlərdən istifadə mümkün olacaq. Bunlara rəqəmsal dövlət xidmətləri, eləcə də bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, internet provayderlər və digər seqmentlər üzrə təqdim edilən məhsul və xidmətlər daxildir. Yeni nəsil rəqəmsal imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. SİMA rəqəmsal imza həlli ilə bağlı ətraflı məlumatı şirkətin rəsmi saytından və 157 AzInTelecom Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır...