USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank "atb friday" kampaniyasının müddətini uzatdı

07.12.2023 Sərfəli Banklar
0 0
Dövlət bankı Azər Türk Bank müştərilərin istəyini nəzərə alaraq, onlar üçün sərfəli "atb friday" kampaniyasının müddətini uzatdı. Kampaniya çərçivəsində fiziki şəxslərə illik faiz dərəcəsi 11,5%-dən başlayan istehlak kreditləri təklif edilir.

Həmçinin 24, 36, 48 ay müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 13,5%, 14%, 15% səviyyəsində müəyyən edilmişdir.

Qeyd edək ki, 24 ayadək rəsmiləşdirilən kreditlər üzrə komissiya – 0%.

Hər bir şəxs, orta aylıq gəlirindən asılı olaraq, 30 000 manatadək zaminsiz kredit əldə edə bilər.

Kampaniya 2024-cü ilin 10 yanvar tarixi daxil olmaqla həmin tarixədək davam edəcəkdir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

  • Əvvəlki

    Neftimiz ucuzlaşdı

Digər xəbərlər