USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın xam neft ehtiyatları təxminən 4 milyon 600 min barrel azaldı

07.12.2023 İqtisadiyyat
0 0
ABŞ-ın ticari xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftəyə görə təxminən 4 milyon 600 min barrel azalıb. ​

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 4 milyon 600 min barrel azalaraq 445 milyon barrelə çatdığını açıqladı. Bazar gözləntisi ehtiyatların 594 min barel artacağı idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 300 min barel artaraq 351 milyon 900 min barrelə çatıb.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 5 milyon 400 min barel artaraq 223 milyon 600 min barrelə çatıb.

Neft hasilatı azalıb

ABŞ-ın xam neft idxalı ötən həftə əvvəlki həftəyə görə gündəlik orta hesabla 1 milyon 675 min barrel artaraq 7 milyon 508 min barrelə çatıb. Xam neft ixracı gündəlik orta hesabla 416 min barrel azalaraq 4 milyon 339 min barrelə düşüb.

Ölkənin gündəlik xam neft hasilatı 25 Noyabr-1 Dekabr həftəsində 108 min barrel azalaraq 13 milyon 431 min barrel olaraq qeyd edildi.

EIA-nın "Noyabr 2023 Qısamüddətli Enerji Görünüşü Hesabatına" görə, ABŞ-ın gündəlik orta xam neft hasilatının bu il təxminən 12 milyon 900 min barrel, gələn il isə 13 milyon 150 min barrel olacağı gözlənilir.

  • Əvvəlki

    Azər Türk Bank "atb friday" kampaniyasının müddətini uzatdı

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0