USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AccessBank-dan mikro və aqro sahibkarlara “İndi al, 2 ay sonra ödə” kampaniyası

26.12.2023 Sərfəli Banklar
0 0
Sizi yerli Avropa bankınız - AccessBank, sahibkarların biznes plan üzrə hədəflərinə çatmasına dəstək məqsədilə, növbəti il üçün güzəştli “İndi al, 2 ay sonra ödə” kampaniyasını təqdim edir.

Yeni kampaniyanın şərtlərinə uyğun olaraq, yeni kiçik biznes sahibləri, eləcə də, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, krediti indi alıb, növbəti ilin iki ayı üzrə faiz ödənişlərindən azad olunurlar.

Kampaniya 20 dekabr 2023-cü il tarixindən 15 yanvar 2024-cü il tarixinədək qüvvədədir.

Kampaniya haqqında əlavə məlumat almaq üçün 151 əlaqə mərkəzinə zəng etmək və ya filiallara yaxınlaşmaq olar. Filiallar haqqında məlumat linkdə təqdim edilir: https://www.accessbank.az/ru/our-bank/service-networks/ . Qeyd olunan şərtlərlə kredit sifariş vermək üçün linkə keçid edin: https://www.accessbank.az/az/requests/microloan

AccessBank 2002-ci ildən Azərbaycanın bank sektorunda fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-i Bakıda, 18-sı bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

  • Əvvəlki

    Mərkəzi Bank Rusiyanın dövlət borcunun artmasının əsas riskini adlandırıb

Digər xəbərlər

09.07.2024 Sərfəli Banklar
ABB daha bir maraqlı hesabat yaydı
0 0