USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank Mərkəzi və Şərqi Avropa Forumunda iştirak edib

30.01.2024 Sərfəli Banklar
0 0
Dövlət bankı Azər Türk Bankın nümayəndələri cari ilin yanvar ayında Avstriyanın Vyana şəhərində keçirilən The Central and Eastern European Forum (Euromoney) tədbirinə qatılmışlar.

Hər ilin ilk ayında Mərkəzi və Şərqi Avropa ölkələrinin hökumət başçıları, mərkəzi bankların rəhbərləri, aparıcı dünya iqtisadi ekspertləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri maliyyə sektorunun ən aktual problemlərini müzakirə etmək üçün bu konfransa toplaşırlar. Mərkəzi, Şərqi Avropa və MDB ölkələrində iqtisadi inkişaf problemləri müzakirə olunur və qarşıdan gələn ildə əsas iş istiqamətləri müəyyən edilir.

50-dən çox ölkədən 1600 nəfərin toplandığı bu tədbir çərçivəsində Azər Türk Bankın nümayəndələri çoxsaylı işgüzar görüşlər keçirib. Görüşlər zamanı mövcud beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, eləcə də dünyanın aparıcı maliyyə institutları ilə yeni tərəfdaşlıq əlaqələrinin qurulması müzakirə olunub.

Qeyd edək ki, Azər Türk Bank beynəlxalq tədbirlərdə fəal iştirak edərək, ölkənin bank sektorunu dünya platformalarında layiqincə təmsil edir və bu istiqamətdə fəaliyyətini aktiv inkişaf etdirir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

  • Əvvəlki

    Blinkendən Yaxın Şərq açıqlaması: 1973-cü ildən bu yana belə təhlükəli bir dövr görməmişdik

Digər xəbərlər

26.07.2024 Sərfəli Banklar
"Yelo Bank"ın kapitalı - ARTIB
0 0
25.07.2024 Sərfəli Banklar
"Turan Bank" 6 ayda mənfəət əldə edib
0 0
25.07.2024 Sərfəli Banklar
"Turan Bank"ın cəmi öhdəlikləri - ARTIB
0 0
23.07.2024 Sərfəli Banklar
İllik 9.5% ilə kredit üçün son bir həftə!
0 0
23.07.2024 Sərfəli Banklar
"Bank Respublika"nın aktivləri artıb
0 0