USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Respublika” mənfəəti 51 faizdən çox - ARTIB

05.02.2024 Sərfəli Banklar
0 0
“Bank Respublika”nın faiz gəliri 2022-ci ilin sonu ilə müqayisədə 51 milyon 157 min manat artaraq 189 milyon 745 min manata, faiz xərcləri isə 18 milyon 912 min manat artaraq 72 milyon 709 min manata yüksəlib. Nəticədə bankın xalis faiz gəliri 117 milyon 35 min manat olub ki, bu da 2022- ci ilin 4-cü rübü ilə müqayisədə 32 milyon 244 min manat və ya 38.02 faiz çoxdur.

Bankın qeyri-faiz gəliri 1 milyon 622 min manat artaraq 40 milyon 856 min manata, qeyri-faiz xərcləri isə 14 milyon 902 min manat artaraq 105 milyon 647 min manata çatıb. Buna görə də bank 52 milyon 244 min manat əməliyyat mənfəəti əldə edib.

“Bank Respublika”nın tutumlardan sonrakı xalis mənfəəti 13 milyon 301 min manat və ya 51.03 faiz artaraq 40 milyon 253 min maanata bərabərləşib.