USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB Azərbaycan”ın rəhbərliyinə təyinat olub

07.11.2024 Sərfəli Banklar
0 0
Polyakov İvan Nikolayeviç bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Maliyyə Departamentinin direktoru vəzifəsinə təsdiq edilib.

Kommersant.az xəbər verir ki, bu barədə qərar 2024-cü il noyabrın 5-də keçirilən Səhmdarlarının Ümumi Yığıncağında qəbul edilib.

Polyakov İvan Nikolayeviç 1979-cu ildə Leninqradda anadan olub. 2002-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin “İqtisadiyyat” fakültəsini bitirib.

Bank sektorunda iş təcrübəsi 2001-ci ildən başlayır. 2023-cü ilin oktyabr ayından VTB (Azərbaycan)-da Maliyyə Departamentinin direktoru vəzifəsinə təyin edilib.

2024-cü il noyabrın 5-dən Polyakov əvvəlki vəzifəsi ilə yanaşı, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü vəzifəsinə də təyin olunub.

  • Əvvəlki

    Bir neçə bələdiyyə torpaqları satışa çıxarılır - SİYAHI

Digər xəbərlər

29.11.2024 Sərfəli Banklar
Yelo kartın dekabr üçün cashback fürsətləri!
0 0
28.11.2024 Sərfəli Banklar
Yelo Bank ilk yerli PR Forumuna dəstək oldu!
0 0