USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bankı yeni kampaniyaya başladı - NEFTÇİLƏRƏ 18%

18.09.2018 Sərfəli Banklar
0 0
Azər Türk Bank, ölkəmizdə qeyd edilən “Neftçilər günü” münasibətilə, 17 sentyabr tarixindən etibarən “Neftçilərə 18%” adlı yeni kampaniyaya başlayır.

Bankın mətbuat xidmətindən "Kommersant.az"a verilən məlumata görə, kampaniya çərçivəsində aylıq məvacibi minimum 500 AZN olan ölkə vətəndaşları Azər Türk Bankdan 300 manatdan 25 min manatadək “İstehlak” kreditiləri əldə edə bilərlər. 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə endirimlər tətbiq edilir. Kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 18%-lə hesablanacaq.

Kampaniya müddətində 10 min manatadək olan kreditlər zaminsiz veriləcək.

Neft sektorunda çalışan şəxslərə 1 illik MC Gold kartı Bank tərəfindən hədiyyə edilir.

Kampaniya sentyabr ayının 30-dək davam edəcək.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.