Toya nə qədər xərc çəkmisiniz - VİDEO-SORĞU

25.07.2018 SOSial
Respondentlərin əksər hissəsi toyların onlara həm maddi, həm də mənəvi cəhətdən sıxıntı verdiyini qeyd edib və şənliyin sadələşdirilməsini təklif ediblər.

"Kommersant.Az" xəbər verir ki, son dövrlər heç kimə sirr deyil ki, Azərbaycanda toy məclisləri əhalini maddi cəhətdən ciddi problemlərlə üz-üzə qoyur. "El şənliyi" sözün əsl mənasında başağrısına çevrilir. Məclis sahibi şənliyin ab-havasından çıxmamış borc ödəməklə məşğul olur. Vəziyyətə ən çox təsir edən amillərdən ən əsası isə əlbəttə ki, şadlıq evləri və oradakı qiymətlərdir.

Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsinin hazırlanması barədə təkliflər səsləndirilsə də, məsələ hələ də öz həllini tapmayıb.

"Kommersant.Az" mövzu ilə bağlı paytaxt sakinləri arasında kiçik sorğu keçirib. Sorğunun nəticələrinə görə, respondentlərin əksər hissəsi, toyların onlara həm maddi, həm də mənəvi cəhətdən sıxıntı verdiyini qeyd edib və şənliyin sadələşdirilməsini təklif ediblər.

Videonu izləyək: