USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Gedin məni məhkəməyə verin, uduzacaqsınız" - TİKİNTİ ŞİRKƏTİ

24.08.2018 İqtisadiyyat
0 0
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) söküntü əməliyyatı davam edir.

"Kommersant.az" xəbər verir ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 141 ünvanında yaşayan bir qrup sakin ətrafda yerləşən evlərin sökülməsindən dolayı mənzillərinə yaranmış təhlükədən narazılıq edirlər.

Şikayətçilərin sözlərinə görə, ətrafdakı bina dağıdıldığından 1-ci mərtəbədə yaşayan sakinlərin hamısı, 2-ci mərtəbənin isə bir hissəsində yaşayanlar mənzillərindən köçüb:

"Ötən ilin oktyabrından katlavan qazmağa başladılar. 3 ay ərzində binaya kommunal xidmətlərinin verilişini dayandırdılar. Yağış suyu borularını qıraraq evlərimizin tavanlarını zədələyiblər. Binanı sökən "F.F" 2011 MTK-dan isə heç bir xəbər yoxdur. Söküntü işləri aparılan ərazi dövrəyə alınır, işi aparan şirkətin adı yazılır, layihənin fotosu vurulur. Firmanın ünvanı və əlaqə nömrəsini axtarsaq da tapa bilmirik. Hazırda binada 3 ailə yaşayır. Digər həyətdə isə 15-20 ailə var. 1-ci mərtəbədəki qonşuların kirayə pulunu da vaxtında vermirlər. Həmin mərtəbədəki evlərin əşyaları da oğurlandı. Sökülən binaların əksəriyyəti tarixi abidədir. Nazirlər Kabinetinin siyahısında var".

Şikayətçilər eyni zamanda bildirirlər ki, iş hazırda məhkəmədədir, 29 avqustda qərar çıxarılacaq:

"Bizə dəymiş maddi-mənəvi ziyana görə kompensasiya tələb edirik. Hansı ölkədə belə şey var - sakinlər yaşaya-yaşaya binanı qazırlar. Bəlkə bina uçardı, insanlar ölərdi. Kvadratı 1500 manatdan pul verərək bizi buradan köçürmək istədilər. Şəhərətrafı ərazilərdə (Masazırda) yaşamaq fikrimiz yoxdur. Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ərazidə olublar, onlar söküntünün əleyhinədirlər".

Narazı sakinlər qeyd edirlər ki, söküntü işlərinə Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin rəisi Zülfəli İsmayılov, şirkət tərəfindən isə Tamilla İbrahimova nəzarət edir:

"O qadın nömrəsini dəyişib, yeni nömrəsini də tapa bilmirik. Onu yalnız keçən il 1 dəfə görmüşük. Şirkətdən əraziyə heç bir nümayəndə gəlmir. Bizə demişdi ki, gedin məni məhkəməyə verin, uduzacaqsınız. Hara, kimə şikayət edirsiniz edin, mən işimi görəcəm".

Tamilla İbrahimova ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə köməkçisi cavab verərək bildirdi ki, sakinlər işimizi uzadırdılar:

"Binaya işığın verilməsi ötən həftə bərpa edildi . Orada iş başlayıb deyə avtomatik köçürmə olmalıdır. Sakinlərin bir çoxu ilə razılaşma olub. Narazı olanlar məhkəməyə müraciət ediblər. Tamilla xanım zənglərə cavab vermir".

Qeyd edək ki, BŞİH-in 16.02.2011-ci il tarixli 76 saylı sərəncamı ilə S.Vurğun, M.Əliyev, D.Əliyeva, R.Rza, Ş.Əzizbəyov, S.Rəhimov, İ.Səfərli, T.Xəlil Rza oğlu və M.İbrahimov küçələrindəki evlərin sökülməsinin vacibliyi vurğulanır.

Ətraflı video-reportajda:

  • Əvvəlki

    Banklarda dolların alış və satış - QİYMƏTLƏRİ

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0