USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın qiymətli kağızlar bazarı 8% kiçilib

07.05.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 5 633,5 milyon manatlıq əməliyyat aparılıb.

"Kommersant.az" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,45% azdır.

Əvəzində son 1 ildə bu bazarda bağlanmış əqdlərin sayı 11,2% artaraq 29 958-ə çatıb.

Hesabat dövründə qiymətli kağızlar bazarının 4 144,8 milyon manatlıq hissəsi ilkin bazarda, 1 518,7 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb. Bu, illik müqayisədə müvafiq olaraq 36,3% çox və 51,7% azdır.

İl ərzində ilkin bazarda bağlanmış əqdlərin sayı 22,9% artaraq 397, təkrar bazarda bağlanmış əqdlərin sayı isə 11% artaraq 29 561 olub.

  • Əvvəlki

    Azərbaycan metro qatarlarının istehsalına başlaya bilər

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Lirə uçuruma doğru sürətlə irəliləyir
0 0
28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0