USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

​“PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 39% artıb

09.07.2019 İqtisadiyyat
0 0
“PAŞA Holdinq” MMC-nin sığorta sektorundakı aktivləri bu il yanvarın 1-nə 529,448 milyon manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 43,5% çoxdur.

Hesabat dövründə holdinqin sektordakı cəmi öhdəlikləri 60,4% artaraq 393,018 milyon manata, cəmi kapitalı isə 10,1% artaraq 136,43 milyon manata çatıb.

2018-ci ildə şirkətlər qrupunun sığorta sektoru üzrə vergiyəqədərki mənfəəti 55,239 milyon manat (2017-ci ildə nisbətən 36,5% çox), mənfəət vergisi ödəmələri 11,378 milyon manat (26,7% çox), xalis mənfəti isə 43,861 milyon manat (39,3% çox) təşkil edib.

Xatırladaq ki, "PAŞA Holdinq" sektorda "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərlə təmsil olunur. Şirkətlərin cəmi nizamnamə kapitalı 92,5 milyon manatdır. Onlar 100% holdinqin törəmələridir.

  • Əvvəlki

    Novruz Məmmədov bu qurumun səlahiyyətlərini artırdı

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0