USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR büdcəyə ödənişləri artırıb

31.07.2019 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin I yarısında dövlət büdcəsinə 741,326 milyon manat ödəniş edib.

"Kommersant.az" xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% və yaxud 19,705 milyon manat çoxdur.

Qeyd edək ki, SOCAR Prezident İlham Əliyevin strateji kursu rəhbər tutaraq ötən 10 ildə idarəetmə, maliyyə, kadr siyasəti, təchizat – bir sözlə bütün sahələrdə islahatlar həyata keçirib, əməliyyat effektivliyini yüksəldib. Şirkət məqsədlə biznes portfelini əhəmiyyətli dərəcədə şaxələndirərək, yeni biznes sahələrinə və yeni ölkələrə sərmayələr yatırıb, qlobal bazarları kəşf etməyə başlayıb. Nəticədə bu gün dünya üzrə aparıcı enerji şirkətlərindən birinə və Azərbaycanın qlobal brendinə çevrilib.

Bu gün SOCAR qlobal enerji layihələrində dəyər zənciri üzrə bütün mərhələlərə investisiya qoyur, şaquli inteqrasiya strategiyası ilə gəlirlərini optimallaşdırır və ölkə iqtisadiyyatına əlavə dəyər qazandırır. Elə bunun nəticəsidir ki, şirkət 2018-ci ildə əldə etdiyi gəlirlərin 94%-ni xarici bazarlardan qazanıb. Halbuki, 2009-cu ildə bu nisbət 34% olub. (Report.az)

  • Əvvəlki

    İran Çin vətəndaşları üçün birtərəfli viza rejimini tətbiq etdi

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0