USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiymətinin enməsi Azərbaycan iqtisadiyyatına təsir edir - Vüqar Bayramov

12.03.2020 İqtisadiyyat
0 0
Xarici şokların Azərbaycan iqtisadiyyatına təsirinə qarşı ölkəmizin göstərdiyi çevik reaksiyalar, atılan addımlar qlobal şok və xarici iqtisadi faktorların iqisadiyyatımıza təsirlərini minimum endirməyə imkan verəcək.

Bunu Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, OPEK və OPEK-ə üzv olmayan ölkələrin istehsal həcminin azaldılması ilə bağlı anlaşma imzalaya bilməməsi neftin qiymətində kəskin azalmaya səbəb olur:

"Neft bazarı bu həftə praktik olaraq "çökmə" ilə başladı. Bu da təbii ki, 1991-ci ildən sonra neftin qiymətində ən aşağı qiymətlər idi. Sözsüz ki, neftin qiymətinin enməsi xarici faktor olaraq, Azərbaycan iqtisadiyyatına təsir edir".

V.Bayramov əlavə edib ki, 2014-cü ildən sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafı, eləcə də iqtisadiyyatın diversifikasiyası ilə bağlı aparılan tədbirlər mərhələli şəkildə neftdən asılılığın aradan qaldırılmasına xidmət edib.

İqtisadçı qeyd edib ki, 2014-cü ildə qlobal neft şoku yaranan zaman Azərbaycanın dövlət büdcəsində neft sektorunun payı 80 faiz idisə, bu rəqəm artıq 50 faizə qədər azalıb və büdcədə qeyri-neft sektorunun payı 20 faizdən 50 faizə qədər yüksəlib. Bu isə ondan xəbər verir ki, ötən müddətdə büdcə gəlirlərində iqtisadiyyatın diversifikasiyası ilə bağlı mərhələli şəkildə addımların atılması istiqamətində uğurlar əldə edilib:

"Nazirlər Kabinetində keçirilən görüş də ondan xəbər verir ki, Azərbaycan xarici faktor və xarici şoklara çox qısa zamanda reaksiya verir. Eyni zamanda, xarici şokların Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirməyə çalışır. Ötən müddətdə xarici borcların azalması, dövlət rezervlərinin ümumi payının çoxalması xarici şokların Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi baxımından vacibdir. Son hadisələr bir daha bunu sübut edir ki, Azərbaycanda dərinləşmiş iqtisadi islahatlar davam edəcək. Növbəti illərdə də həm islahatların dərinləşdirilməsi, həm də qeyri-neft sektorunun ümumi iqtisadiyyatdakı payının çoxaldılması, iqtisadiyyatın diversifikasiyası başlıca hədəf olaraq qalacaq".

  • Əvvəlki

    Banklar şənbə və bazar günləri də işləyəcək

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0