Enerji içkilərinin - QİYMƏTİ QALDIRILDI

01.03.2019 İqtisadiyyat
Enerji içkilərinin topdansatışı dayandırılıb.

"Kommersant.az" xəbər verir ki, yaxın günlərdə bu içkilərin qiymətlərində artım olacaq. Xatırladaq ki, ötən ay da enerji içkilərinin qiymətləri artırılmış, lakin daha sonra əvvəlki qiymətlər bərpa olunmuşdu. Budəfəki qiymət artımının da əvvəlki həddə olacağı ehtimal edilir.

Qeyd edək ki, bu ilin əvvəlindən Vergilər Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat aksiz vergisi tətbiq olunub.

Qaynarinfo

  • Əvvəlki

    "Biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik” - İLHAM ƏLİYEV

Digər xəbərlər