Novruz bayramına qədər pensiyalar artımla ödəniləcək? - NAZİRDƏN AÇIQLAMA

13.03.2019 İqtisadiyyat
"Mart ayının pensiyalarının qrafik üzrə verilməsinə başlanılıb. Artıq 10-dan çox rayonda pensiyalar hesablara köçürülüb".

Bunu açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Novruz bayramına qədər ölkə üzrə bütün pensiyaların ödənilməsi təmin olunacaq.

​S.Babayev qeyd edib ki, martın 18-nə kimi bu ödənişlər tam yekunlaşacaq: "Adətən pensiyalar ay sonunda verilirdi. Bu dəfə pensiya ödənişlərinin artımla birlikdə Novruz bayramına qədər verilməsi təmin ediləcək".