USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Gilan İnşaat" məhkəməyə verildi - SƏBƏB

13.05.2019 İqtisadiyyat
0 0
“Qazax Sement Zavodu” MMC "Gilan İnşaat" MMC-ni məhkəməyə verib.

"Kommersant.az" xəbər verir ki, Unikal.org-un məlumatına görə, sement zavodu iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, inşaat şirkətindən 35 min 640 manat məbləğində pulun tutulub, ödənilməsini istəyib.

İddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aytən Oruczadənin sədrliyi ilə araşdırılıb.

Məhkəmə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddiaçı "Qazax Sement Zavodu" MMC-nin elektron qaydada daxil olmuş sənədləri qaytarılmalıdır. Azərbaycan Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür.
Azərbaycan MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

Məhkəmə tərəfindən müəyyən olunub ki, iddiaçı "Qazax Sement Zavodu" MMC AZEMİS elektron məhkəmə sisteminə iddia ərizəsini elektron olaraq, imzasız əlavə edib.

MPM-nin 149.1-ci maddəsini rəhbər tuturaq, məhkəmə tərəfindən iddia ərizəsini səlahiyyətli şəxs tərəfindən verildiyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını müəyyən etmək mümkün olmayıb.

Qərara əsasən, elektron qaydada əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılıb.

  • Əvvəlki

    Dövlət Yol Polisi: “Satılır” sözünə görə avtomobil sahibləri cərimələnə bilməz

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0