USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İki rayonda qazın verilişi dayandırılır

09.08.2019 İqtisadiyyat
0 0
Bu gün "Qaz İxrac” İdarəsinin balansında olan "Ağcabədi-Beyləqan” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi və bəzi quraşdırma işlərinin icrasına başlanılıb.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Kommersant.az"a verilən məlumata görə, bu məqsədlə saat 10:00-dan işlər başa çatanadək Beyləqan rayonunun mərkəzində, eləcə də bir neçə kənd və qəsəbədə qaz təchizatı dayandırılır. Saat 14:00-dan etibarən işlər başa çatanadək isə Yevlax rayonunun bir neçə yaşayış sahəsində də qaz məhdudiyyətləri tətbiq olunacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri aparılacaq.