USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirliyə məxsus qurumun sədri 40 minə yaxın maaş alıb

04.09.2019 İqtisadiyyat
39 9
2018-ci ildə İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin İdarə Heyətinin (İH) sədri Maqsud Tağıyevə 37 900 manat, yəni ayda təxminən 3 150 manat əmək haqqı ödənilib.

"Kommersant.az" xəbər verir ki, hesabat dövründə "Azərlotereya"nın İH-nin sədr müavini Elçin İbrahimov 32 100 manat, yəni ayda 2 675 manat (sədrə ödənilən maaşın 85%-i qədər), İH-nin üzvü və maliyyə şöbəsinin rəisi Hidayət Yarıyev isə 26 700 manat, yəni ayda 2 225 manat (sədrə ödənilən maaşın 70%-i qədər) əmək haqqı alıb.

Xatırladaq ki, "Azərlotereya" 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. (Report.Az)

  • Əvvəlki

    "Facebook" istifadəçiləri fotolarda üzlərinin tanınmasını qadağan edə biləcəklər

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0