USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslərin də maaşı artırıldı - QƏRAR

11.09.2019 İqtisadiyyat
0 0
Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərara dəyişiklikləri təsdiqləyib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin aylıq vəzifə maaşı bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşı isə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilir.

ELƏCƏDƏ BAX: Baş nazir bu şəxslərin maaşları ilə bağlı qərar imzaladı

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi

  • Əvvəlki

    Baş Prokurorluqdan Siyavuş Novruzovun dediklərinə - RƏSMİ AÇIQLAMA

Digər xəbərlər