USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərpoçt" gələn il yeni xidmətini istifadəyə verəcək

03.12.2019 İqtisadiyyat
0 0
Azərbaycan poçt operatoru "Azərpoçt" MMC-nin yeni "Postman" adlı yeni mobil poçtalyon xidməti gələn ildən etibarən istifadəyə veriləcək.

MMC-dən verilən məlumata görə, bu xidmət vasitəsilə vətəndaşlar həm maliyyə əməliyyatlarını həyata keçirə, həm də poçt və digər xidmətlərdən yararlana biləcəklər.

""Postman" xidməti poçtalyonların işini asanlaşdırmaq və vətəndaşlara daha operativ xidmət göstərmək məqsədini daşıyır. Bu xidmətin gələn il istifadəyə verilməsi nəzərdə tutulur", - deyə MMC-dən bildirilib.

Göstəriləcək xidmət çərçivəsində poçtalyonlar xüsusi POS-terminallarla təchiz olunacaq ki, bu cihazlar vasitəsilə göstərilən poçt xidmətlərini (pul köçürmələri, məktub və bağlama göndərişləri və s.), nağdsız qaydada da ödənişlərin aparılması mümkün olacaq. (Apa)

  • Əvvəlki

    Havanın temperaturu aşağı düşəcək, qar yağacaq

Digər xəbərlər