USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hər 100 nəfərə 112 mobil telefon düşür - Azərbaycanda

04.12.2019 İqtisadiyyat
0 0
“Hazırda Azərbaycan əhalisinin 80%-dən çoxunun yüksəksürətli internetə çıxışı var”.

"Kommersant.az" xəbər verir ki, bunu Bakıda keçirilən "Xəzər İnnovasiya Konfransı"nda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, həmin göstərici ev təsərrüfatları üzrə 72,2% təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən daha çoxdur: "Dünyadakı ev təsərrüfatının 57%-nin, o cümlədən inkişaf etməkdə olan ölkələrdəki ev təsərrüfatlarının 46,7%-nin yüksəksürətli internetə çıxışı var".

Bundan başqa, nazir müavininin sözlərinə görə, Azərbaycanda mobil telefondan istifadə də yüksək səviyyədədir: "Hazırda ölkəmizdə hər 100 nəfərə 112 mobil telefon düşür".

"İnnovasiyaların inkişafı nəticəsində əşyaların interneti sahəsinə qoyulan investisiyaların məbləği 6 milyard ABŞ dollarına çatdırılacaq", - E.Vəlizadə əlavə edib. (Report.Az)

  • Əvvəlki

    Azərbaycandan Gürcüstana bu il səfər edənlərin sayı açıqlanıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0