USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın hakim partiyası mənfəətini kəskin artırıb

05.12.2019 İqtisadiyyat
0 0
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2018-ci ili 2 milyon manat mənfəətlə başa vurub.

Partiyanın maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən 28,4% çoxdur.

Son nəticədə qurumun bölüşdürülməmiş mənfəəti 21,1% artaraq 11 milyon 467 min manata çatıb.

Bu il yanvarın 1-nə YAP-ın aktivləri 22 milyon 606 min manat olub ki, bu da illik müqayisədə 10,7% çoxdur. Hesabat dövründə Partiyanın öhdəlikləri 2,2 dəfə artaraq 350 min manata, balans kapitalı isə 9,9% artaraq 22 milyon 256 min manata çatıb.

Xatırladaq ki, YAP-ı 1992-ci ildə sabiq prezident Heydər Əliyev yaradıb. 1993-cü ildən hakimiyyətdə olan Partiya təxminən 750 min üzvü olduğunu bəyan edir. ("Renkinq")

  • Əvvəlki

    Nazirlər Kabinetində daha bir mühüm - TƏYİNAT

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0