Siqaretin qiyməti qalxdı: Mağazalar “limit”lə satır

27.01.2020 İqtisadiyyat
Bəzi köşklər siqaretin qiymətini bahalaşdırıb.

"Kommersant.az" xəbər verir ki, həmin köşklər qiyməti 2 manata qədər olan siqaretləri 10 qəpik, 2 manatdan yuxarı olanları isə 20 qəpik baha satır.

Bir sıra satış nöqtələrində isə siqaret əvvəlki qiymətə olsa da, “limit”lə satılır. Belə ki, alıcılara 2 qutudan artıq verilmir.

Apardığımız araşdırma zamanı bəlli olub ki, bu, siqaretlərin yaxın günlərdə bahalaşacağı barədə xəbərlərlə əlaqədardır. Həmçinin, topdansatış məntəqələri də pərakəndə satış obyektləri üçün limit tətbiq edib.