USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik əməkdaşları "Qadınların fəhlə bazarında" oldu - FOTO

21.02.2020 İqtisadiyyat
0 0
Bu günlərdə sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsində "Qadınların fəhlə bazarı" kimi tanınan işçi bazarı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri açıqlama yayıb.

"Kommersant.az"ın məlumatına görə, o, bildirib ki, həmin videosüjetlə əlaqıdar olaraq nazirliyin əməkdaşları həmin ərazidə olublar.

"Bura mütəmadi olaraq müxtəlif yaşlarda 10-12 qadın gələrək sifarişlərə uyğun qeyri-formal şəkildə müxtəlif işlərdə, əsasən də ilkin peşə hazırlığı tələb olunmayan müxtəlif ev təsərrüfatı işlərində gündəlik qazanc müqabilində işçi xidmətlərini təklif edirlər.

Aparılan söhbətlər əsnasında onların əsasən ölkənin bölgələrindən gəldikləri və işlə təmin edilmək üçün çoxlarının heç zaman məşğulluq orqanlarına müraciət etmədikləri müəyyən olunub.

Bunun səbəbini soruşduqda isə sadəcə sərbəst rejimdə və günəmuzd qazanc müqabilində işləməyi üstün tutduqlarını bildiriblər.

Həmin qadınlarla bağlı məlumatlar toplanıb, hər birinin mövcud ailə vəziyyəti, yaşayış vəziyyəti öyrənilib. Onların məşğulluğunun təmin edilməsi, müvafiq aktiv məşğulluq tədbirlərinə, eləcə də ödənişli ictimai işlər proqramına cəlb olunmaları üçün işlər aparılacaq. Eyni zamanda, işlə təmin olunduqdan sonra da mövcud ailə vəziyyətləri nəzərə alınmaqla mümkün sosial müdafiə tədbirləri, o cümlədən sosial yardım proqramı ilə əhatə olunmaları imkanları da araşdırılacaq".

  • Əvvəlki

    İlham Əliyev: Azərbaycanın texnoloji cəhətdən yenilənməsi bizim prioritetimizdir

Digər xəbərlər