USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pensiya alanlara - ŞAD XƏBƏR

19.03.2020 İqtisadiyyat
0 0
Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiyaların ödənişi qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayram ərəfəsində yekunlaşıb.

"Kommersant.az"-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

"Ödənişin həyata keçirilməsinə hələ martın ilk həftəsində başlanılmışdı və bütün ölkə üzrə bu proses başa çatdı. Xüsusi rütbəli şəxslərin, hərbi qulluqçuların, dövlət qulluqçularının və b. da mart ayı üzrə pensiyaları ödənilib. Eyni zamanda, müavinət və təqaüdlərin də qrafikdə nəzərdə tutulduğundan əvvəl olmaqla bayrama qədərki günlərdə ödənilməsi təmin olunub", - deyə o, qeyd edib.