USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat: “Bir evdə hamı ayrı-ayrılqıda apteklərə üz tutur və hər gün spirt, maska alırlar”

20.03.2020 İqtisadiyyat
0 0
“Koronavirusla bağlı panika yaratmaq, vəziyyəti gərginləşdirmək, əmin-amanlığı pozmaq, əhalinin narahatlığını artırmaq, vəziyyət daha da pisləşəcək mesajları vermək doğru deyil. Virusun yaratdığı çətinliklərdən siyasi məqsədlər üçün istifadə də yolverilməzdir və birinci növbədə bunun ziyanını Azərbaycan vətəndaşları çəkəcək”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev deyib.

R.Nurullayevin sözlərinə görə, süni şəkildə panika artıqca, insanlar banklara qaçır və əllərindəki manatı dollara dəyişmək üçün növbə tuturlar: "Biz özümüz manatı dəyərsizləşdirməyək, süni bahalıq yaratmayaq, şaiyələr yaymayaq. Virus panikasını iqtidarı zəiflətmək üçün istifadə yolverilməzdir, unun ziyanını vətəndaşlar çəkəcək, islahatlar dalğasını isə dayandıracaq. Apteklərdə bəzən spirtlər çatışmır. Çünki, bir evdə 5 ailə üzvü varsa, hamısı ayrı-ayrılqıda apteklərə üz tutur və hər gün spirt, maska alırlar. Elə ev var ki, bəlkə də yüz maskası, 200-300 spirt flakonu var. İnternetdə axtarış etdim və gördüm ki, demək olar ki, ən inkişaf etmiş ölkələrdə belə maska və spirt çatışmazlığı var. Heç bir ölkənin bir neçə illik ehtiyatı yoxdur. Belə vəziyyəti heç kim hesablamamışdı, amma şükürlər olsun ki, hər şey nəzarət altındadır və ölkəmizin vəziyyəti başqa ölkələrə nisbətən çox yaxşıdır. Hökumətin addımını da qiymətləndirmək lazımdır. Cəmi 33 təsdiq olunmuş xəstə var. Vəziyyət ciddi nəzarət altındadır. Hökumət vacib olan addımları atıb və atmaqdadır. Sevinməliyik ki, bu qədər ciddi addımlar atıldı və ölkə rəhbərliyinin qətiyyətli iradəsi ortaya qoyulub. Hər gün parlament binasında oluram, müxtəlif adamlarla görüşürəm və görürəm ki, çox ciddi addımlar atılır və hökumətin elə strukturları var ki, 24 saat işləyirlər. Onlar ciddi risk altında vəzifə borclarını yerinə yetirirlər və onlara çox sağ ol deməliyik! Panikaya, şaiyəyə, əsasız statuslara, mıqalələrə, çıxışlara yol verməyin. Neftin ucuzlaşmasına sevinməyin! Neft ucuzlaşdıqca, əhalinin sosial rifahı üçün həyata keçirilən layihələr də dondurulur. Uşaq pulu məsələsi gündəmdə idi, onu ən çox mən qaldırırdım, daha bunu edə bilmirəm. Ölkənin kasıblaşmasına sevinməyin!"

  • Əvvəlki

    Ədliyyə Nazirliyi vətəndaş qəbulunu dayandırdı

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0