USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Uşaqlara görə verilən müavinət artırılacaq

25.03.2020 İqtisadiyyat
0 0
Azərbaycanda üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində qeyd olunub.

Sazişə əsasən, tərəflər üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə öhdəlik götürüblər.

Eyni zamanda, "Sosial sığorta haqqında" qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

  • Əvvəlki

    Türkiyədə koronavirus qurbanlarının sayı 44-ə çatdı

Digər xəbərlər