Evdən maskasız çıxanlar cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

31.03.2020 İqtisadiyyat
Sumqayıt şəhərində polislər tərəfindən vətəndaşlara sabahdan evdən maskasız çıxan hər kəsin cərimələnəcəyi deyilib.

"Kommersant.az" oxu.az-a istinadən xəbər verir ki, bu barədə şəhərin müxtəlif istiqamətlərində insanlara yaxınlaşan polis əməkdaşları məlumat verib.

Cərimə tətbiqi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Nazirlər Kabinetinin mətbuat Xidmətinin Rəhbəri İbrahim Məmmədovla əlaqə saxladıq.

İ.Məmmədov redaksiyamıza açıqlamasında maska istifadə etmədən küçəyə çıxan şəxslərin cərimə edilməsi ilə bağlı onda heç bir məlumatın olmadığını bildirdi.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə bildirib ki, aidiyyəti orqanların əməkdaşları mövcud vəziyyətin ciddiliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib:

“Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətlər insanların sağlamlıqlarına daha ciddi yanaşması üçündür. Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlara görə, maskasız küçəyə çıxmaq təhlükəlidir. Əgər karantin rejimi dövründə edilən xəbərdarlıqlara əhəmiyyət verilməzsə, o halda cərimə tətbiq oluna bilər”.

Xatırladaq ki, ölkədə koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı Nazirlər Kabineti tərəfindən tətbiq edilən xüsusi karantin rejim daha da gücləndirilib. Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirib. Məlumatda koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunub.

  • Əvvəlki

    Bu gündən Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olunub

Digər xəbərlər

VTB