USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yol polisinin cərimələrdən yığdığı vəsait necə bölünəcək?

02.04.2020 İqtisadiyyat
0 0
Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə yığılan cərimələrin yeddi faizi dövlət büdcəsinə köçürüləcək.

"Kommersant.az"-ın məlumatına görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Qeyd edək ki, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunur.

Lakin vəsaitin qalan hissəsinin hansı mənbəyə yönləndirilməsi barədə dəqiq məlumat yoxdur.

  • Əvvəlki

    Bu işçilərə əlavə pul ödəniləcək - BAŞ NAZİR

Digər xəbərlər