Azərbaycanın ixracı idxalını 3,5 milyard dollar üstələyib
20.06.2018
İqtisadiyyat
0
0
2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 11 milyard 225 milyon 878 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 3 milyard 855 milyon 338 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 7 milyard 370 milyon 539 min ABŞ dolları ticarət qeyd alınıb. Saldo müsbət 3 milyard 515 milyon 201 min dollar təşkil edib.
Mayda Azərbaycanın ixracı 1 milyard 718 milyon 89 min dollar, idxalı 829 milyon 213 min dollar, saldo isə müsbət 888 milyon 875 min dollar olub.



Digər xəbərlər
19.03.2026
İqtisadiyyat
Fed-in "gözlə və gör" mesajı: Müharibənin kölgəsində faiz dərəcəsi yolu qeyri-müəyyəndir
0
0
19.03.2026
İqtisadiyyat
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 650 milyon manatı ötüb
0
0



.png)


.jpg)



.jpg)

























































