USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AzerGold” QSC beynəlxalq əlaqələri inkişaf etdirir

20.06.2018 İqtisadiyyat
0 0
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndə heyətinin Qazaxıstana işgüzar səfəri başlayıb.

Cəmiyyətdən verilən məlumata görə, 19 iyunda "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın İnvestisiya və inkişaf nazirliyinin vitse-naziri Timur Toktabayev, "Tau-Ken Samruk" və "Qazgeology" şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Vitse-nazir T.Toktabayevlə görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft ixracının təşviqi istiqamətində görülən işlər sayəsində 2004-2017-ci illərdə qeyri-neft ixracının 4 dəfə artdığı və qeyri-neft sektorunun artımında əlvan metal sənayesinin oynadığı rol diqqətə çatdırılıb. Bundan əlavə, görüşdə investisiyaların stimullaşdırılmasında mədən şirkətlərinin rolu, yeraltı sərvətlərdən istifadədə proqnozlaşdırma və şəffaflığın təmin edilməsi, geoloji məlumatın rəqəmsallaşdırılması metodologiyası ətrafında geniş müzakirələr aparılıb, Qazaxıstanın son illər dağ-mədən sənayesinin inkişafı istiqamətində gördüyü silsilə tədbirlər haqqında ətraflı məlumat əldə edilib.

Faydalı qazıntıların prioritet növləri üzrə kəşfiyyat təşəbbüslərini həyata keçirən Qazaxıstanın milli geoloji-kəşfiyyat şirkəti "Qazgeology" və Qazaxıstanın milli dağ-mədən şirkəti olan "Tau-Ken Samruk"-un rəhbər şəxsləri ilə görüş çərçivəsində polimetal yataqlarında texnoloji həllər, geoloji-kəşfiyyat işləri, beynəlxalq tərəfdaşların cəlbi istiqamətində görülən tədbirlər, habelə dağ-mədən sənayesində mövcud tendensiyalar və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Trend

Qeyd edək ki, 19 iyunda "AzerGold" QSC-nin nümayəndə heyəti 19-22 iyun tarixlərində keçirilən Dünya Dağ-Mədən Konqresində (World Mining Congress) iştirak edib. 49 ölkənin nümayəndələrini qəbul edən beynəlxalq tədbir 1958 ildən başlayaraq hər 2-3 ildən bir keçirilir.

Qazaxıstana səfər "AzerGold" QSC-nin beynəlxalq əlaqələrin inkişaf etdirilməsi siyasəti çərçivəsində baş tutub. Azərbaycanda dağ-mədən sənayesinin kompleks inkişafını hədəfləyən "AzerGold" QSC-nin fəaliyyətində beynəlxalq tərəfdaşlıq əlaqələrin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir.

  • Əvvəlki

    Kompüter oyunları istifadəyə verilməmişdən əvvəl YAŞA GÖRƏ işarələnəcək

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0