Qarabağ Azərbaycandır!

Pensiyalar artmadan benzinin qiyməti - ARTDI

05.01.2021 İqtisadiyyat
Bu il pensiyalarda artım olacaq. Hazırda pensiyaların neçə faiz artacağı məsələsi dəqiqləşdirilir.

"Kommersant.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Xəzər TV-nin "Birinci Studiya" proqramının qonağı olan A.Kərimov bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 8 faiz, başqa sözlə, 360 milyon manat artıb. Artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 5,1 milyard manata çatdırılıb.

Nazir müavini deyib ki, DSMF-nin büdcəsinin 97 faizi sırf sosial ödənişlərə gedir. Onun sözlərinə görə, son iki il ərzində sosial ödənişlərə xərclənən vasaitin həcmi 1 milyard manat artıb.

A.Kərimov açıqlayıb ki, son iki il ərzində DSMF təqribən 570 milyon manata qənaət edib və dövlət büdcəsinə qaytarıb. Eyni zamanda, növbəti illər üçün də qənaət yastığı yaradılıb.

O xatırladıb ki, ötən il pensiyalar, təqaüdlər və müavinətlər artırılıb: "Artımlar 2021-ci ildə də davam etdiriləcək. Keçən il pensiyalarda 13 faiz artım oldu. Bu il də artım olacaq. Hazırda pensiyaların nə qədər artacağı dəqiqləşdirilir".

Nazir müavini onu da deyib ki, Azərbaycanda 1 milyon 200 min pensiyaçı, 300 minə yaxın təqaüdçü və 500 min nəfər müavinət alan var.