Dövlət Gömrük Komitəsinin sədr müavinləri dəyişdirilib
07.07.2018
İqtisadiyyat
0
0
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.
"Kommersant"ın məlumatına görə, prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub.
Qeyd edək ki, bu təyinata qədər İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Cavad Qasımov isə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinə Təmkin Xəlilov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin isə Səməd Qaralov rəis təyin ediliblər.
Digər xəbərlər
26.12.2025
İqtisadiyyat
ABŞ fond bazarları 2025-ci ili rekord səviyyələrə yaxınlaşdırmağa hazırlaşır
0
0
26.12.2025
İqtisadiyyat
Kreml: ABŞ ilə əlaqələrdə dialoqun davam etdirilməsi barədə razılığa gəlinib
0
0
26.12.2025
İqtisadiyyat
Çin 2024-cü il üçün Ümumi Daxili Məhsul (ÜDM) rəqəmini yenidən nəzərdən keçirib
0
0




















.png)


















































