USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Su pulu bahalaşacaq? - RƏSMİ CAVAB

03.09.2018 İqtisadiyyat
0 0
Gediş haqlarının 1 avqustdan etibarən bahalaşmasından sonra kommunal xidmətlərin qiymətinin artacağı son günlər ictimaiyyət arasında ən çox müzakirə olunan məsələyə çevrilib.

Xüsusilə "Azərsu"nun açıqladığı maliyyə hesabatı mövzunu daha da aktuallaşdırıb. Belə ki, qurumun zərəri 6 mlrd.manata yaxınlaşıb. Bunun 5 843 142 mln.manatlıq hissəsi 400 mln.manatlıq nizamnamə kapitalı, 1 568,732 mln.manatlıq əlavə ödənilmiş kapital və 3 874,41 mln.manatlıq dövlət investisiyaları hesabına kompensasiya edilib.

"Kommersant.az" məsələyə aydınlıq gətirmək üçün "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. Qurumun sözçüsü bildirib ki, suyun bahalaşması məsələsi gündəmdə deyil:

""Azərsu" ASC-nin yaydığı maliyyə hesabatına əsasən söz-söhbət gəzir ki, guya su maya dəyərindən ucuzdur və bahalaşacaq. Bunlar sadəcə söz-söhbətdir. Tarif Şurasına müraciətlə bağlı hansısa yenilik yoxdur".

  • Əvvəlki

    Bakıda ''Xruşovka''ların alqı satqısı dayandırıldı

Digər xəbərlər