USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın qeyri-neft məhsulları bu bazara da çıxacaq - TƏHLİL

13.09.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Çexiyanın sənaye və ticarət naziri xanım Marta Novakovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Kommersant.az" xəbər verir ki, ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğunu qeyd edən dövlət başçısı ticarət dövriyyəsinin artdığını vurğulayıb, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanların müəyyənləşdirilməsinin zəruriliyini bildirib.

Qeyd edək ki, bu ilin altı ayında Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsinin həcmi 2 dəfə artıb. Çexiya Azərbaycana 30 milyon dollar həcmində investisiya yatırıb, ölkəmizin isə Çexiyaya qoyduğu sərmayənin həcmi daha çoxdur. Çexiya ölkədə istifadə olunan neftin 1/3-ni Azərbaycandan idxal edir və Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır (əczaçılıq, neft-kimya sənayesi və dəmiryolu vaqonlarının istehsalı üzrə).

"Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsi ötən il özünün ən yüksək səviyyəsinə çatıb".

Bunu redaksiyamıza açıqlamasında iqtisadçı ekspert Fikrət Yusifov bildirib. Onun sözlərinə görə, 2017-ci ildə ümumi ticarət dövriyyəsi 664 milyon ABŞ dolları təşkil edib ki, bunun da 557 milyon dolları ixracın, 107 milyon dolları isə idxalın payına düşür:

"Azərbaycan hökuməti qeyri-neft sənayesi məhsullarının Çexiya bazarlarında daha geniş təqdim olunmasını istəyir və bu istiqamətdə Çexiya ilə əməkdaşlığı daha da genişləndirməkdədir".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə isə məsələ ilə bağlı "Kommersant.az"a açıqlamasında qeyd edib ki, Azərbaycanla Çexiya arasında indiyə kimi 28 sənəd imzalanıb:

"Çexiya Respublikası Azərbaycan üçün əhəmiyyətli dost və strateji tərəfdaşdır. 2002-ci ildən indiyədək Çexiya tərəfindən Azərbaycana 1,5 milyard dollardan çox investisiya yatırılıb. Hazırda Azərbaycanda xidmət, nəqliyyat, ticarət, tikinti, rabitə və digər sahələrdə 25 Çexiya kapitallı şirkət fəaliyyət göstərir. Çexiyanın Cənubi Qafqaz regionu üzrə xarici ticarətinin 85%-i Azərbaycanın payına düşür".

Milli vəkili onu da vurğulayıb ki, 2016-cı illə müqayisədə, 2017-ci ildə Çexiya Respublikası ilə ticarət dövriyyəsi 2,4 dəfə artıb:

"2017-ci ildə Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsinin həcmi 664,5 milyon ABŞ dolları təşkil edib. Çexiyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 2,94% (9-cu yer), o cümlədən idxalda 1,23% (17-ci yer), ixracda isə 4,03% (5-ci yer) təşkil edib".

M.Abbaszadə qeyd edib ki, ixracda artımın əsas səbəbi xam neft, alüminiumdan plitələr, zolaqlar və vərəqlər, poletilen konteynerlər, kisələr, paketlər, fındıq və meyvə şirələri hesabına olub:

"2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 473 milyon ABŞ dolları təşkil edib (idxal: 78,7 milyon ABŞ dolları; ixrac: 394,3 milyon ABŞ dolları, saldo +315,6 milyon ABŞ dolları). Perspektivdə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin daha da artırılması üçün geniş potensial mövcuddur (qeyri-neft sektoru, nəqliyyat, kənd təsərrüfatı, turizm və s. sahələr)".

  • Əvvəlki

    Şagird və tələbələrə pulsuz əşyalar veriləcək

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0