USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Güzəştli mənzil" almaq istəyənlər - DİQQƏT

15.01.2019 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) istifadəçilərin mənzil seçimində rahatlığını təmin etmək məqsədi ilə "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə 12 yanvar 2019-cu il tarixində saat 15:00-dan saat 15:30-dək sistemin sınaq mühitində mənzil seçimini təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə MİDA-dan məlumat verilib. Məlumata görə, sınaq seçimində 1709 nəfər iştirak edib.

İstifadəçilərin sınaq seçiminə böyük marağını və çoxsaylı müraciətlərini nəzərə alaraq, həmçinin daha çox istifadəçinin sınaq mühitində iştirakına şərait yaratmaq məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil seçimi 12 yanvar 2019-cu il tarixində saat 16:00-dan saat 16:30-dək yenidən aktivləşdirilib.

"Güzəştli mənzil" sisteminin istifadəçilərinin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 15 yanvar 2019-cu il tarixindən "Güzəştli mənzil" sisteminin satış modulunun sınaq (demo) versiyasını istifadəyə verəcək.

Satış modulunun sınaq versiyası 15 yanvar 2019-cu il tarixindən 24 yanvar 2019-cu il tarixinədək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənəcək və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.

"Güzəştli mənzil" sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən satış modulunun sınaq versiyasından istifadə edə bilərlər. Mənzil seçimi prosesi - satışı 25 yanvar 2019-cu il tarixində saat 11:00-da başlanacaq Yasamal Yaşayış Kompleksində 174 mənzilin seçimi ilə identikdir.

Diqqət: Satış modulunun sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.

Mənzil seçimi prosedurunun həyata keçirilməsi zamanı qarşılaşdığınız hər hansı çətinliklər haqqında "108" çağrı mərkəzinə məlumat verməyiniz xahiş olunur.

Sputnik Azərbaycan

  • Əvvəlki

    Zamirə Hacıyevanın 2 milyon manatlıq əmlakı müsadirə olundu

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0