USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ramil Usubovdan ciddi kadr dəyişikliyi - İRİ ŞƏHƏRLƏRƏ TƏYİNAT

16.01.2019 İqtisadiyyat
0 0
Daxili İşlər Nazirliyi sistemində ciddi kadr dəyişikliyi baş verib.

"Kommersant.az" xəbər verir ki, nazir, general-polkovnik Ramil Usubovun əmri ilə bir neçə şəhər və rayonda polis rəisləri vəzifələrindən azad olunaraq digər rayonlara təyinat alıblar.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polkovnik Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Polis İdarəsinə rəis təyin olunub. Onun yerinə Sumqayıta Nərimanov Polis İdarəsinin rəisi Nəriman İmanov gətirilib.

Gəncənin rəisi Faiq Şabanovun təyinatı ilə bağlı isə hələlik məlumat yoxdur.

Yevlax rayon polis şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Polis İdarəsinə təyinat alıb.

Məlumatlara görə, paytaxtın digər polis idarələrinin bir neçə rəisinin də yeri dəyişdirilib. Yeni təyinatların bu gün açıqlanacağı gözlənilir.

Qeyd edək ki, bir neçə gün əvvəl də paytaxtın dörd rayonun rəisinin işdən çıxarılmasına dair xəbər yayılmış, lakin sonradan öz təsdiqini tapmamışdı.

Qafqazinfo

  • Əvvəlki

    Yanvar ayının 17-18 - də dərslər təxirə salınacaq - HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0