USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda çayın qiyməti - BAHALAŞDI

05.02.2019 İqtisadiyyat
0 0
Ölkədə çayın qiymətinin bahalaşması müşahidə olunub.

"Kommersant.az" xəbər verir ki, bu barədə hər hansı rəsmi məlumata rastlanmasa da, mağaza sahibləri şirkətlərin çayın qiymətini artırdığını bildirib. Belə ki, redaksiyamıza daxil olan məlumata görə, bahalaşma cüzi şəkildə bir çox qida məhsullarında hiss olunsa da, çayın qiymətindəki fərq daha kəskindir.

Mağazalardan əldə etdiyimiz məlumata görə, 250 qramlıq çayın qiymətində 0, 20 AZN, 500 qramlıq çayın qiymətində isə 0, 50 AZN artım var.