USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Bişkekdə MDB və Baltikyanı ölkələrin iclasında təmsil olunub

18.05.2018 İqtisadiyyat
0 0
Mayın 17-18-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 68-ci iclası keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən "Kommersant.Az"a verilən məlumata görə, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

İclasda aşağıdakı məsələlər müzakirə olunub: Şuranın 67-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2017-ci il və 2018-ci ilin ilk rübündə dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2017-ci il və 2018-ci ilin ilk rübündə beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2018/2019-cu illər üçün qatarların hərəkət cədvəlinin normativləri haqqında; 2017-ci ildə konteynerlərin siyahıya alınmasının nəticələri, həmçinin 2018-ci il üçün yük qatarlarının siyahıya alınmasına dair hazırlıqlar haqqında; 2017-ci il və 2018-ci ilin ilk rübündə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; MDB Hökümət Başçıları Şurasının 18 oktyabr 1996-cı il tarixində qərara aldığı MDB dövlətlərinin dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin tədbiqi konsepsiyasının 2017-ci il ərzində icrası barədə; MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının müdiriyyəti və dəmir yolu administrasiyalarının əlaqələndirici fəaliyyətini təmin etmək üçün, rabitə xidmətləri göstərən Mərkəzi rabitə stansiyasının ("RDY" ASC filialı) 2018-ci il üçün xərclərinin əvəz edilmə smetası haqqında; MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurası müdiriyyətinin 2017-ci il ərzindəki fəaliyyətinin təmin edilməsinə dair xərclər smetasının icrası və Şuranın Təftiş Komissiyasının həmin smeta icrasının yoxlama hesabatı haqqında; "RDY" ASC-nin filialı olan Baş hesablama mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2017-ci il üçün xərclər smetasının icrası və həmin smeta icrasının yoxlama hesabatı haqqında; Şuranın Fəxri fərmanı ilə təltif edilmə haqqında; Şuranın 69-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında.

Tədbirin sonunda yekun protokolu imzalanıb.

  • Əvvəlki

    Millimiz Dünya Kubokuna 3 idmançı ilə yollanır

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0