İş həyatını dözülməz edən - 15 MÜDİR TİPİ

21.05.2018 Sosial
Müdirlər iş həyatımızın dəyişilməyən hissələridir. Bir işdə işləyirsinizsə mütləq ki bir müdir var və sizin nə edib nə etməyəcəyinizi söyləyəcək. Sizin üçün 15 müdir tipini təsnifləşdirdik. Bəlkə də sizin müdiriniz bunların arasından biridir…

Müdirin yaxşısı-pisi olmaz. Müdir deyilən şəxs iş həyatının əsas elementidir. Müdirsiz iş də olmaz, işçi də. Qarşısında hamımız pencəyimizin düymələrini bağladığımız, saçımızı düzəltdiyimiz bir idarə edici rəhbərlə işləyirik. Bəzi müdirlər çox mülayim və yolagedən xoş insanlar olsa da, bəzi müdirlər də iş həyatımızı həbsxanaya çevirə bilirlər.

1. Heç vaxt məmnun olmayan müdir Rövşən

Rövşən kimilərin nəbzini tutmaq çətindir. Gedişatın pis olmağına heç ehtiyac yoxdur. İşlərin yaxşı səviyyədə olmağı onu dəli etməyə kifayət edir. Aylıq 500 satış hədəfləyən Rövşən tipli müdir “Niyə 501 olmadı niyə!” deyib özünü itirə bilər. Rövşən kimiləri məmnun etməyə çalışıb öz iş həyatınızı məhv etmək yerinə təzə iş axtarmağınızı məsləhət görürük.

2.”Aldın payını” modunda olan müdir Davud

Davud kimilər də dayanmadan işçidə xəta, qüsur axtarar. Hər şeyi soruşarlar, guya işin nəzarətinin tamamilə öz əllərində olduğunu göstərməyə çalışarlar. Amma “Bu niyə edilmədi” kimi suallara çox vaxt “Axı siz etməyin dediniz Davud müəllim” kimi cavablar alıb donub qalarlar.

3. İşçidən zəhləsi gedən müdir Samir

Samir kimilərin işçi fobbisi var. Bunu başa düşmək də olmur. İşçilərin bir-biriləri arasındakı ünsiyyətdən belə iyrənər bunlar. Utanmasa “Nə gündəsiniz kasıblar!” ifadəsiniz əks etdirən baxışlara sahib olar bu tip müdirlər.

4. Beyni tüstüləyən müdir Kamran

Səbinə kimi müdirlər kişi işçilərinin həmişə hörmətdən yuxarı hissləri ilə narahat edərlər. Öz aralarında zoopark mühiti yaradan kişi işçilər Səbinə xanımı görəndə təbii mühitlərindən sıyrılaraq başqa havaya bürünərlər.

5. Ofisin gülü müdirə Səbinə

Səbinə kimi müdirlər kişi işçilərinin həmişə hörmətdən yuxarı hissləri ilə narahat edərlər. Öz aralarında zoopark mühiti yaradan kişi işçilər Səbinə xanımı görəndə təbii mühitlərindən sıyrılaraq başqa havaya bürünərlər.

6. Daim məşğul insan Hikmət bəy

Hikmət bəy kimi müdirlərlə işinizin ilk günündə ünsiyyət qura bilmək çox vacibdir, yoxa iş həyatınızı boyunca qəbuluna düşə bilməyəcəksiniz. Daim məşğul olduğunu söyləyərək istefanızı belə qəbul etməyərək sizi paradoks kimi təkrarlanan bir döngüyə məhkum edər Hikmət bəy kimi müdirlər. Əlsində məşğul zad da deyillər, əlçatmaz adam olmaq kimi qəribə xasiyyətləri var.

7. Problemli adam Ceyhun bəy

Ceyhun bəy kimi müdirlərin də şəxsi həyatlarında aşa bilmədikləri qəribə problemləri var daim. Psixologiyaları min parça puzzle kimidir. Hər gün fərqli həyəcan, hər gün fərqli paranoyadır Ceyhun müdirin işçiləri üçün. Baxarsan ki ofisinə katibəsi basqın edər, bir də görmüsən ki otağından qəribə səslər yüksəlir. “Bu adam bu beyinlə necə şirkət qurub” deyə fikirləşərsiniz.

8. Xoşbəxt və varlı Yaqub bəy

Yaqub bəy kimilər üçün işçilərin aldığı maaşın heç bir əhəmiyyəti yoxdur. Ən çox qazanan işçisinin maaşını bir restoranda ofisianta bəxşiş məqsədilə verə bilən bir zənginliyin içərisində gözləri kor olmuşdür Yaqub bəyin. “Pul var, sakitçilik var” fəlsəfəsinin pərəstişkarıdır bu tip müdirlər. Pulları qurtarsa, iki gün sonra kasıblıqdan zəhərlənib həlak olarlar.

9. Etməyə işi olmayan müdir Ceyhun

Ceyhun kimi müdirlər də şirkət qurub en qədər insanı işə qəbul edib özünə iş saxlamayan tipdə adamlardır. Bütün gün otağında nə etdiyi məchul olan bir prinsiplə vaxt keçirərlər. Şirkətin aylıq mənfəətindən payını alıb heç bir şeyə əl atmayan Ceyhun kimilər ümumiyyətlə qısa müddətdə şirkəti başqalarına satıb sakit-səssiz yerlərə qaçmağı planlaşdıran tiplərdir sanki. Belə tipdə müdiriniz varsa, siz Allah, gedin baxın görək otağında nə edir. Çox maraqlıdır.))

10. Gördüyü işi sevməyən müdir Kamal

Kamal bəy kimilərin də tərzi başqa cürdür. Şirkəti min zəhmətlə qurub sonra da “Aaa, mən bu işi belə düşünməmişdim axı” deyib birdən həvəsdən düşərlər. Özləri işləməzlər, işçilərin gördüyü işlərdən də zövq almazlar, şirkəti bağlamağı da qürurlarına sığışdırmazlar. Şirkət iflas etsin deyə əllərindən gələni edərlər. İşlədiyiniz şirkətdə işlər müdirin sayəsində yolunda deyilsə, fikirləşin, bəlkə də bu insan gördüyü işi sevmir.

11. Dünyadan xəbərsiz müdir Zahid

Zahid bəy kimilər mülayım insanlar olsalarda nə texnologiyadan başları çıxar, nə də dünyadan xəbərləri olar. Hər dəfə üz-üzə gələndə “Hey! Budur bizim müdir?” deməyiniz gəlir. Zahid kimi adamların müdirlik etdiyi şirkətlər ümumiyyətlə işçilərin əmək və cəhdlərinə əmanət edilib. İşçilərin insafına qalıb. Yoxsa iş Zahid bəyə qalsa, şirkət iş dünyasında bir ləkə olduğu üçün bağlanmağa məhkumdur.

12. Xroniki hal Əhəd

Əhəd kimilərin nəzarət etməyin müşkül olduğu bir sinir sistemləri var. Üç dəqiqə əvvəl bir iş verib, iki dəqiqə sonra edilmədiyini görəndə, qəflətən əsl işgəncə aparatına çevrilirlər. Çox vaxt nəyə əsəbiləşdikləri heç başa düşülməz. İllik məzuniyyətə çıxmaq istəsəniz “Niyə indi niyə!” deyib səsi ilə divarları çatlada bilər. İşə ilk dəfə gələndə sizə mülayim, xoş baxan adamın günlər keçdikcə daxili aləmində Godzilla saxladığına əmin olacaqsınız. Əhəd kimilərin müdir olduğu şirkətlərdə istefa etmək adət-ənənədir.

13. Başdan xarab müdir İlkin

İlkin bəy tipində müdirlərin də nə etdiyi bilinməz. Vaxt gələr “Müşfiq sən artıq işə qəbul menecerisən” deyər, növbəti həftə gəlib çatar, “Müşfiq səni kargüzarlıq meneceri etdim” deyər. Bunun kimi müdirlərin şirkətinə rəhbər işçi kimi qəbul olub, mühafizəçi kimi təqaüdə çıxmaq mümkündür. İlkin bəyin qərarlarının dinamikliyi təkcə işçilərlə əlaqədar deyil. Dünənə kimi məişət texnikası satırdısa, qəflətən taksi fəaliyyəti ilə məşğul olmağa başlayar. Hətta özlərini də anidən dəyişdirə bilələr. Bir də görəcəksiniz ki, səhər müdiriniz Nisə xanım olub.

14. Heç kimə qulaq asmayan müdir Yaşar

Yaşar kimilərin eqosu kəllə-çarxa çıxmaqla birlikdə, bir də nərdivan qoyub Aya kimi uzanıb. Öz bildiklərini etmək onlara həzz verir, heç kimdən məsləhət almadan düz xətt üstündə yeriyərlər. Bir gün qarşısına çıxıb “Yaşar müəllim, rəqibimiz qiymətləri endirdi, biz də endirək” deyərsiniz, “Səndən ağılmı alacağam, qaldırın qiymətləri” deyərlər. Ümumiyyətlə Yaşar kimilərin axırı heç ürəkaçan deyil.

15. İşçi qovma xəstəsi müdir Bahadur bəy

Bahadur bəyin də hobbisi işçi qovmaqdır. Semiçka çıtlama kimi işdən çıxararlar. Qovulmaq üçün məntiqli bir səbəbə ehtiyac yoxdur. Mənasız səbəblər ən sevdiyi qovma bəhanəsidir. Bahadur bəyin “Məzuniyyət günlərin çoxdur, kompensasiyan çox yığıldı” kimi şok edən səbəblər də deyə bilərlər. Qəflətən maaşınızı artırar və iki gün sonra işinizə xitam verər. Siz də çaşıb qalarsınız.