Cümhuriyyətdən yazan qaliblər məlum oldu - ADLAR

21.05.2018 Sosial
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası tərəfindən universitet tələbələri arasında elan edilmiş məqalə müsabiqəsinə yekun vuruldu.Cümhuriyyətimiz ilə bağlı müsabiqəyə 100-dən artıq tələbə yazı verib.

"Kommersant.Az" xəbər verir ki, “Müsabiqəni təşkil etməkdə məqsədimiz Azərbaycan Xalq Cümhuriyyəti haqqında tarixi faktları, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rolu, Cümhuriyyətin müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsirini müəyyən etmək idi. Məqalələrdən duyulur ki, müsabiqə iştirakçıları ətraflı araşdırmalar aparıb, yeni informasiyalar əldə ediblər. Biz özümüz də yeni faktlar öyrəndik. Bu faktların bir qismi Respublika Gününə həsr olunan sənədli filmdə də öz əksini tapıb" - deyə Bank Respublikanın Marketinq Departamentinin Direktoru Əli Daşdəmirov bildirib.
Qeyd edək ki, məqalələr beş nəfərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib. 1-ci, 2-cü və 3-cü yerlərə layiq görülmüş tələbələrə müvafiq olaraq 500, 300 və 200 AZN məbləğində mükafat və hədiyyələr təqdim olunub.

Qaliblərin adları:

I yer - Əsgərova Nərmin (Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası)
II yer - Ömərova Nigar (Azərbaycan Turizm və Menecment Universiteti)
III yer - Vəlixanov Nazim (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)