Azərbaycanda kommersiya məhkəmələri yaradılır

04.06.2019 Sosial
APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna yeni - 46-cı maddənin əlavə edilməsi təklif olunur.

"Kommersant.az" xəbər verir ki, yeni maddəyə görə, kommersiya məhkəməsi və onun səlahiyyətləri aşağıdakı kimidir:

- Kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır;

- Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir;

- Azərbaycan Respublikasının qanunları ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

APA