Bakıda bəzi yollar bağlanacaq

29.05.2018 Sosial
Bu gün saat 11:00-dan axşam saatlarına qədər Bakının Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Hava limanı yol qovşağına qədər olan hissəsində, saat 23:00-dan səhər saatlarına qədər isə əks istiqamət üzrə üfiqi nişan lanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu barədə "Kommersannt.Az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu məqsədlə prospektin sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən göstərilən vaxt ərzində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.