USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çimərlik planı quranların nəzərinə

20.07.2019 Sosial
0 0
Həftəsonu çimərliyə getmək istəyənlərin sayı çox olsa da, bugünkü hava şəraiti buna o qədər də imkan verməyəcək.

“Komersant.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 iyul üçün yaydığı proqnoza görə, Abşeron çimərliklərində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında da şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Dənizə gedərkən mövcud küləyi nəzərə almaq tövsiyə edilir.