USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş Prokurorun birinci müavini iki rayonun sakinlərini qəbul edəcək

24.07.2019 Sosial
1 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il avqustun 2-də saat 10:00-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək.

"Kommersant.az" xəbər verir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və İmişli rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.