USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

42 min azərbaycanlı Türkiyəyə köçüb - Rəsmi açıqlama

27.07.2019 Sosial
0 0
2018-ci ildə 577 min xarici vətəndaş Türkiyəyə -bu ölkədə yaşamaq üçün gedib.

"Kommersant.az" xəbər verir ki, Türkiyənin Beynəlxalq Miqrasiya Statistikasının yaydığı məlumata görə, keçən ili 2017-ci il ilə müqayisədə, immiqrantların sayının 23,8% artdığı qeydə alınıb.

Türkiyəyə gələn immiqrantların sayı 577 min 457 nəfər olub. Bunların 52,7%-i kişi, 47,3%-ü qadın olub. Miqrantların yaş qrupuna nəzər saldıqda 25-29 yaş arası insanların daha çox üstünlük təşkil etdiyi müşahidə edilib.

Miqrantlar ən çox İstanbula toplandığı qeydə alınıb. İmmiqrantların çoxunun İraqdan gəldiyi müşahidə edilib. Azərbaycandan isə Türkiyəda yaşamaq üçün köç edənlərin sayı ümumi miqrasiyanın 7,4%-ni təşkil edir ki, bu da 42 min nəfərdən çoxdur.