USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş nazir Novruz Məmmədova - ORDEN VERİLDİ

29.07.2019 Sosial
0 0
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Fransa Respublikası Prezidentinin Fərmanı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev məlumat verib. Baş Nazirə ordeni Fransa hökuməti adından Bakıda səfərdə olan Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer təqdim edib.

Qeyd edək ki, bu gün fransalı nazirin başçılıq etdiyi nümayəndə heyəti prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qəbul edilib. Eləcə də Fransa nümaynədə heyəti Maliyyə Nazirliyində iqtisadi əməkdaşlıq bardə geniş müzakirələr aparıb.